RU

Bakıda sənaye istehsalı 46 milyard manata çatıb

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Bakı şəhərində sənayedə istehsalolunmuş malların və göstərilmiş xidmətlərin həcmi 46 milyard manattəşkil edib.

Trend bubarədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, sənaye məhsulunun 72,8 faizi mədənçıxarma, 23,5faizi emal, 2,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı,bölüşdürülməsi və təchizatı, 1,1 faizi isə su təchizatı,tullantıların təmizlənməsi və emalı sektorlarında istehsalolunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 83,1 faiz olub. İstehsalınümumi həcmində sənaye məhsulunun payı 88,7 faiz, sənaye xarakterlixidmətlərin göstərilməsi isə 11,3 faiz təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılaragöndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərəalınmaqla sənaye müəssisələrinin anbarlarında 01 dekabr 2025-ci ilvəziyyətinə 413,8 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmışvə satış üçün nəzərdə tutulmuş 48 milyon manat məbləğində digərməhsullar da mövcud olub.

Qeyd edək ki, ümumi ölk üzrə sənaye müəssisələri və bu sahədəfəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilinyanvar-noyabr aylarında 57,5 milyard manatlıq və ya əvvəlki ilinmüvafiq dövrü ilə müqayisədə 1,1 faiz az sənaye məhsulu istehsaledilib. Neft-qaz sektorunda məhsul istehsalı 2,1 faiz azalıb, qeyrineft-qaz sektorunda isə 4,8 faiz artıb. Sənaye məhsulunun 60,6faizi mədənçıxarma sektorunda, 33,0 faizi emal sektorunda, 5,4faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi vətəchizatı sektorunda, 1,0 faizi isə su təchizatı, tullantılarıntəmizlənməsi və emalı sektorunda istehsal olunub.

Избранный
49
23
az.trend.az

10Источники