ain.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fransız kinosunun ikonası Bricit Bardo dünən (28 dekabr) ciddi xəstəlik səbəbilə bir müddət əvvəl xəstəxanaya yerləşdirildikdən aylar sonra Fransanın cənubundakı evində vəfat edib. Ölüm səbəbi açıqlanmayıb.Bakupost.az, xarici mediaya istinadən xəbər verir ki, İkinci Dünya müharibəsindən sonrakı dövrün ən tanınmış kino simalarından biri olub. 1956-cı ildə çəkilmiş “Et Dieu Créa la Femme” (“Və Tanrı qadını yaratdı”) filmi Bardonu dünya şöhrətinə qovuşduran ekran işi hesab olunur. Filmdə 18 yaşlı yetim qızı canlandıran aktrisa o dövr üçün qəbul edilməz hesab edilən və sərhədləri aşan intim obrazı ilə böyük rezonans doğurmuşdu.Bricit Bardonun 91 yaşında vəfatından sonra onun tək oğlu ilə münasibətləri yenidən müzakirə mövzusuna çevrilib. Bardonun illər əvvəl oğlu barədə səsləndirdiyi sərt fikirlər və sonradan verdiyi vəd ictimaiyyətin diqqətini çəkib.65 yaşlı Nikolas-Jak Şarye Bardonun yeganə övladıdır. Aktrisa uzun illər ana olmaq istəmədiyini açıq şəkildə bildirib və bu ana-oğul arasında gərgin münasibətlərə səbəb olub. Bardo 2024-cü ilin iyununda “Paris Match” jurnalına verdiyi müsahibədə Nikolasla razılaşdıqlarını və bundan sonrakı müsahibələrində onun adını çəkməyəcəyinə söz verdiyini demişdi.
Bardo 1960-cı ildə ikinci əri Jak Şaryedən ana olub. Cütlük 1962-ci ildə boşandıqdan sonra Nikolas atasının ailəsi tərəfindən böyüdülüb. Aktrisanın 1996-cı ildə yayımlanan “Initiales B.B.” adlı xatirə kitabında oğlunu “bədbəxtliyimin obyekti” kimi təsvir etməsi böyük qalmaqala səbəb olmuşdu. Həmin kitabdan sonra Şarye və atası Bardonu məhkəməyə verib və məhkəmə aktrisanın təxminən 40 min dollar təzminat ödəməsinə qərar verib.Bardo xatirələrində ana olmağa hazır olmadığını, hamiləliyi istəmədiyini və o dövrdə abortun Fransada qanunsuz olduğu üçün uşaq dünyaya gətirməyə məcbur qaldığını yazmışdı. O, bir mətbuat konfransında oğlu ilə bağlı suala cavab olaraq “kiçik bir it dünyaya gətirməyi üstün tutardım” deməsi ilə də ciddi tənqidlərə məruz qalmışdı.İllər keçdikcə ana və oğul münasibətləri məhdud da olsa normallaşıb. Nikolas Norveçdə ailə həyatı qurub, Bardo isə 2018-ci ildə verdiyi müsahibədə hər il bir-birini ziyarət etdiklərini bildirib.Siyasi baxışları ilə də tez-tez mübahisə doğuran Bardo heyvan hüquqları mövqeyi ilə rəğbət qazansa da, ifrat sağçı siyasi baxışları onun nüfuzuna ciddi zərbə vurub.Fransaya miqrasiyanı sərt şəkildə tənqid edən, xüsusilə müsəlmanları hədəf alan açıqlamaları ilə gündəmə gələn Bardo irqi nifrəti qızışdırmaq ittihamı ilə beş dəfə məhkəmə cəzası alıb. Onun İslamı, xüsusilə qurban mərasimini tənqid etməsi geniş müzakirələrə səbəb olmuşdu.1992-ci ildə ifrat sağçı siyasətçi Jan-Mari Le Penin müşaviri Bernar d’Ormal ilə evlənməsi Bardonun siyasi mövqeyini daha da sərtləşdirib. Aktrisa 2012-ci ildə Le Penin qızı Marin Le Penin prezidentliyə namizədliyini dəstəkləməklə də ciddi tənqidlərə məruz qalmışdı.Bardo 2018-ci ildə #MeToo hərəkatının ən fəal dövründə verdiyi müsahibədə cinsi zorakılığa etiraz edən bir çox aktrisanı “ikiüzlü” adlandırmış, rol almaq üçün keçmişdə prodüserlərə intim münasibətdə olduqlarını iddia etməklə daha bir qalmaqal yaratmışdı.Cavid, BakuPost
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.