RU

Kroyffa “Ayaks”da vəzifə veriləcək

“Ayaks” Jordi Kroyffun idman direktoru vəzifəsinə təyin olunması ilə bağlı onunla şifahi razılığa gəlib.

Msport.az xəbər verir Yekun rəsmiləşdirmə prosesi artıq son mərhələdədir.

Klub Kroyffun 2026-cı ilin fevral ayının əvvəlində işə başlamasını gözləyir. Əməkdaşlığın 30 iyun 2028-ci il tarixinədək nəzərdə tutulması planlaşdırılır.

Son dövrlərdə 51 yaşlı Kroyff İndoneziyada məsləhətçi vəzifəsində çalışıb. Ondan əvvəl isə “Barselona”da idman direktoru postunu tutub. O, həmçinin əfsanəvi futbolçu Yohan Kroyfun oğludur.

Избранный
29
2
msport.az

2Источники