Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Türkiyəli aktrisa Hande Erçel ilə ayrıldıqdan sonra adı bir çox məşhur gözəllə hallanan iş adamı Hakan Sabancının bu yaxınlarda Rabia Soytürklə görüşdüyü barədə şayiələr yayılıb.
Axşam.az xəbər verir ki, uzun aradan sonra Soytürk məsələ ilə bağlı təəccüblü bir açıqlama verib.
"Bu, həqiqətə uyğundur" sualına gülümsəyərək cavab verən Soytürk "Təşəkkür edirəm" deyib. Müxbirin "Bir az havada qaldı" sözlərinə isə Rabia "Havada asılı qalsın. Bəlkə də bəzi şeyləri indi müzakirə etməyə ehtiyac yoxdur. Vaxtı çatanda müzakirə olunacaq. Mən də indi bu barədə çox danışmaq istəməyə bilərəm. Bəzi gözəl şeylər var idi, heç nəyi korlamaq istəmirəm" cavabını verib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.