RU

Güclü maqnit qasırğası XƏBƏRDARLIĞI Bu TARİXDƏ

Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.

30-31 dekabrda geomaqnit qasırğası gözlənilir.Bizim.Media xəbər verir ki, bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

 

Bildirilib ki, rekurrent mənfi qütblü Tac Dəliyi Axınlarının təsiri ilə 30-31 dekabrda əsasən qeyri-sabit kosmik hava şəraiti gözlənilir, aktivliyin qısa periodlarla G1-G2 səviyyəsinə yüksələcəyi istisna edilmir.

Qeyd edək ki, ötən gecə Günəşdə üç güclü M sinifli partlayış baş verib.Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (IKI) Günəş Astronomiya Laboratoriyasının məlumatında bildirilib.Qeyd edilib ki, bazar ertəsi gecəsi baş verən Günəş partlayışlarından ən güclüsü M4.2 maqnitudasına çatıb. Bundan əlavə, gecə ərzində üç normal C sinifli Günəş partlayışı da qeydə alınıb.

 

27 dekabr gecəsi də bu ayın ən güclü Günəş partlayışının baş verdiyi bildirilmişdi. Ona M5.1 maqnitudası təyin edilib. Bundan əlavə, Yeni il tətilləri zamanı pik partlayış aktivliyi baş verə bilər.

Mütəxəssislər bütün bu partlayışların Yerdə maqnit qasırğasına səbəb olduğunu və həssas insanların səhhətinə təsir etdiyini bildirirlər.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
23
2
bizim.media

10Источники