RU

Qırğızıstanın sabiq prezidenti bütün dövlət mükafatlarından məhrum edildi

BAKI,TurkicWorld

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev bütün dövlət mükafatlarından məhrum edilib.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə müvafiq fərman ölkənin hazırkı dövlət başçısı Sadır Japarov tərəfindən imzalanıb.

Qırğızıstan Prezidentinin Mətbuat xidmətinin məlumatına görə, sabiq dövlət başçısı "Qırğızıstan Qəhrəmanı" ali fəxri adı, II dərəcəli "Manas" ordeni, "Danaker" ordeni və "Dank" medalından məhrum ediləcək. Mətbuat xidmətinin qeyd etdiyi kimi, orden və medallar bundan sonra respublikanın dövlət təltifləri fonduna təhvil veriləcək.

Baş Prokurorluq yanında Məhkəmə İcraçıları Xidmətinə dövlət təltiflərinin Atambayevdən müsadirə olunması və onların sonradan dövlət təltifləri fonduna verilməsi üçün müvafiq tədbirlərin görülməsi tapşırılıb.

Qeyd edək ki, Almazbek Atambayev 2011–2017-ci illərdə Qırğızıstanın prezidenti olub və bundan sonra ölkənin siyasi həyatında rəsmi olaraq fəal iştirak etməyib. İyunun 3-də Bişkekin Pervomayski rayon məhkəməsi onu 2019-cu ildə Koy-Taş kəndində baş verən hadisələrlə bağlı iş üzrə 11,5 il müddətinə azadlıqdan məhrum edib.

Избранный
30
2
turkic.world

3Источники