RU

Çoxmərtəbəli yaşayış binasında yanğın: 60 sakin təxliyə edildi

Almaniyanın Berlin şəhərinin Şpandau rayonunda çoxmərtəbəli yaşayış binasında güclü yanğın qeydə alınıb.

Bizim.Media “Spiegel” qəzetinə istinadla xəbər verir ki, yanğının qarşısının alınması üçün 170-dək yanğınsöndürən cəlb olunub. Yanğın 9 saatlıq əməliyyatdan sonra söndürülüb.

Hadisə ilə əlaqədar 60 sakin təxliyə edilib. Yanğın nəticəsində 3 nəfər xəsarət alıb. Bir neçə mənzil yararsız vəziyyətə düşüb. Həmin binaların sakinləri yaxınlıqdakı hotellərə yerləşdiriliblər.

Hadisənin səbəbləri araşdırılır.

Bizim.Media

Избранный
72
3
bizim.media

5Источники