"Fənərbağça" növbəti mövsümün transferlərinə indidən başlayıb.
Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər" "Utrext"dən Sufyan Əl-Karuanini heyətinə cəlb etməyə yaxındır.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Futbolçunun atası "Fənərbağça" - "Qalatasaray" derbisini (1:1) tribunadan izləyib.
Əl-Karuaninin "Utrext"lə müqaviləsi cari mövsümün sonunda başa çatır. İstanbul təmsilçisi onu azad agent kimi transfer etməyi planlaşdırır.
25 yaşlı mərakeşli futbolçu müdafiənin sol cinahında çıxış edir. O, cari mövsüm 29 oyunda 3 qol vurub və 15 məhsuldar ötürmə edib.