RU

“Azərbaycan benzini almaq çox sərfəlidir” - Mirzoyan

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlıq cəhdləri və mövcud sülh prosesi barədə danışıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Ermənistanın İctimai Televiziyasına müsahibə verən nazir Ermənistanda Azərbaycan benzininin satılmasına münasibət bildirib.

O, Azərbaycan yanacağının alınmasının Ermənistan vətəndaşları üçün çox sərfəli olduğunu vurğulayıb:

“Boykot çağırışlarının olduğunu gördüm, amma növbələrin də olduğunu öyrənmişəm”.

XİN rəhbəri iki ölkə arasında hələ həllini tapmamış problemlərin qaldığını da diqqətə çatdırıb:

“Sülh bərqərar olub, əməkdaşlığa cəhdlər var, amma bu, lazımi yolu keçdiyimiz anlamına gəlmir”.


Избранный
14
3
manset.az

4Источники