Suriya hüquq-mühafizə orqanları Laziqiyyə şəhərindəki əl-Əzhər meydanının ərazisini mühasirəyə alıb və orada baş verən iğtişaşlarda iştirak edən fəalları saxlayıblar.
Paralel.az xəbər verir ki , bu barədə informasiyanı “Al Hadath” telekanalı yayıb.
Məlumata görə, hakimiyyət orqanları indiyə qədər 100-dən çox insanı saxlayıb.
Suriya Daxili İşlər Nazirliyinin sözçüsü Nurəddin əl-Baba bildirib ki, keçid hökuməti vətəndaşların dinc etiraz hüququna zəmanət verir. Lakin onları zorakılıq və iğtişaş çağırışlarından çəkinməyə çağırır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта