RU

Ronaldo dubl etdi, Əl Nəsr qalib gəldi

Qol.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ronaldo dubl etdi, "Əl-Nəsr" qalib gəldi

“Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatında 10-cu tur oyununa çıxıb.

QOL.az xəbər verir ki, komanda “Əl-Ahdud”la qarşılaşıb və 3:0 hesablı qələbə qazanıb. Bu nəticə ilə “Əl-Nəsr” turnir cədvəlində liderliyi möhkəmləndirib. 

"Əl-Nəsr" cari mövsüm çempionatda keçirdiyi 10 oyunun hamısında qalib gəlib.  

"Əl-Əhdud"la matçın əsas qəhrəmanı "Əl-Nəsr"in 40 yaşlı kapitanı Kriştiano Ronaldo olub. Portuqaliyalı futbolçu oyunda dubl edib. Digər qolu isə Joau Feliks vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
46
3
qol.az

4Источники