AZ

40 yaşlı kapitan dubl etdi, “Əl-Nəsr” qalib gəldi

“Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatında 10-cu tur oyununa çıxıb.

“Ölkə.az” xəbər verir ki, komanda “Əl-Ahdud”la qarşılaşıb və 3:0 hesablı qələbə qazanıb.

Bu nəticə ilə “Əl-Nəsr” turnir cədvəlində liderliyi möhkəmləndirib.

“Əl-Nəsr” cari mövsüm çempionatda keçirdiyi 10 oyunun hamısında qalib gəlib.

“Əl-Əhdud”la matçın əsas qəhrəmanı “Əl-Nəsr”in 40 yaşlı kapitanı Kriştiano Ronaldo olub. Portuqaliyalı futbolçu oyunda dubl edib. Digər qolu isə Joau Feliks vurub.

Seçilən
61
3
olke.az

4Mənbələr