RU

Bir oyun belə keçirmədən yeni klubunds rekorda imza atdı

style='margin-bottom:10px;'>

"Real"dan icarə əsasında "Lion"a keçən Endrik bir dəqiqə belə oynamadan klub tarixinə düşüb.

QOL.az xəbər verir ki, 23 dekabrda "Lion" rəsmi sosial media hesabı vasitəsilə Endrikin transferini elan edib.

"The Touchline on X" qəzetinin məlumatına görə, braziliyalı hücumçunun transfer videosu azarkeşlər arasında böyük maraq doğurub və klub tarixində ən çox izlənilən sosial media videosu olub. Endrikin iştirak etdiyi video 4 günə 1,1 milyondan çox baxış sayı toplayaraq yeni klub rekordu qırıb.

19 yaşlı futbolçunun "Lion"da debütünü yanvarın 3-də - "Monako" ilə görüşdə edəcəyi gözlənilir.

Избранный
60
4
teleqraf.com

9Источники