RU

Rusiyanın Ermənistandakı səfiri: "Tramp yolu" ilə bağlı mövqeyimiz olduqca aydındır"

BAKI, 26 dekabr. TELEQRAF

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Sputnik Ermənistana verdiyi müsahibədə Rusiyanın "Tramp Yolu" (TRIPP) ilə bağlı mövqeyi olduqca aydındır.

"Əvvəlcə Rusiyanın mövqeyi belə idi ki, region ölkələri arasındakı münasibətlərdəki bütün ağrılı məqamlar həll olunmalı və bu, möhkəm, uzunmüddətli əsasda edilməlidir ki, Cənubi Qafqaz həm tranzit, həm də digər sahələrdə öz potensialını tam şəkildə reallaşdıra bilsin. Rusiya, Ermənistan və Azərbaycanla birlikdə, bu istiqamətdə, xüsusən də kommunikasiyaların açılmasında çox fəal işləyir."

Aydındır ki, bu razılaşmanın əsasını məhz üçtərəfli formatda və 2020-2022-ci illərdə qəbul edilmiş yüksək səviyyəli bəyanatlar çərçivəsində görülən işlər təşkil edib.

Rusiyanın Ermənistandakı səfiri qeyd edib ki, "Rusiyanın mövqeyi dəyişməyib və biz indi açıq şəkildə bildiririk ki, tərəflərə lazım olan şəkildə və dərəcədə kömək etməyə hazırıq".

Избранный
25
2
teleqraf.com

3Источники