AZ

Rus səfir: Tramp yolu ilə bağlı mövqeyimiz olduqca aydındır

ain.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın "Tramp Yolu" (TRIPP) ilə bağlı mövqeyi olduqca aydındır.

Teleqraf xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin "Sputnik Ermənistan"a müsahibəsində bildirib.

"Rusiyanın əvvəlcədən mövqeyi belədir ki, region ölkələri arasındakı münasibətlərdəki bütün ağrılı məqamlar həll olunmalıdır. Bu, möhkəm, uzunmüddətli əsasda edilməlidir ki, Cənubi Qafqaz həm tranzit, həm də digər sahələrdə öz potensialını tam şəkildə reallaşdıra bilsin. Rusiya Ermənistan və Azərbaycanla birlikdə, bu istiqamətdə, xüsusən də kommunikasiyaların açılmasında çox fəal işləyir."

Səfir əlavə edib ki, bu razılaşmanın əsasını məhz üçtərəfli formatda və 2020-2022-ci illərdə qəbul edilmiş yüksək səviyyəli bəyanatlar çərçivəsində görülən işlər təşkil edib: "Rusiyanın mövqeyi dəyişməyib və biz indi açıq şəkildə bildiririk ki, tərəflərə lazım olan şəkildə və dərəcədə kömək etməyə hazırıq".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
2
sherg.az

3Mənbələr