RU

Zelenskinin Trampla görüş vaxtı və yeri açıqlandı

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ prezidenti Donald Tramp bazar günü ukraynalı həmkarı Vladimir Zelenski ilə Mar-a-Laqodakı iqamətgahında görüşəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə "Axios"un müxbiri Barak Ravid sosial media platforması "X"də Ukrayna rəsmisinə istinadən məlumat verib.

Bu səhər Zelenski Trampla "tezliklə" görüşəcəyini təsdiqləyib. Lakin o, tarixi və ya yeri açıqlamayıb.

"ABŞ ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov Amerika tərəfi ilə təmasları barədə məlumat verib. Bir günü də boşa sərf etmirik. Yaxın gələcəkdə ən yüksək səviyyədə - Prezident Trampla - görüş barədə razılığa gəlmişik. Yeni ildən əvvəl çox şey qərarlaşdırıla bilər", - deyə Zelenski bildirib.

Bundan əvvəl Ukrayna prezidenti ABŞ prezidentinin xüsusi elçiləri Stiv Vitkov və Cared Kuşnerlə telefonda "həqiqətən yaxşı söhbət" etdiyini bildirib.

Bu gün "Kyiv Post" qəzeti öz mənbələrinə istinadən xəbər verib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ hakimiyyəti ilə əsas danışıqlar aparmaq üçün yaxın günlərdə Floridaya səfər etməsi gözlənilir.

Mənbə bildirib ki, səfər "hər şey plana uyğun gedərsə", 28 dekabrda baş tuta bilər.

Çərşənbə günü Zelenski Floridada ABŞ və Ukrayna nümayəndə heyətləri tərəfindən razılaşdırılmış müharibəyə son qoymaq üçün yenilənmiş 20 maddəlik planın təfərrüatlarını təqdim edib.

Qeyd edək ki, Mar-a-Laqo Trampın Floridadakı şəxsi iqamətgahıdır.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
31
50
icma.az

10Источники