İsrail və Suriya nümayəndə heyətləri arasında yeni danışıqlar raundunun bazar ertəsi Parisdə keçirilməsi planlaşdırılır.
Redaktor.az xəbər verir ki, bu barədə Asharq Al-Awsat qəzeti məlumat yayıb.
Məlumata görə, görüş ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barrakın vasitəçiliyi ilə baş tutacaq.
Tərəflər iki ay əvvəl dayandırılmış dialoqu bərpa edərək təhlükəsizlik tədbirləri ilə bağlı yeni razılaşmaya nail olmağa çalışacaq.