RU

Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindənsərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkimedilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlıtədbirlərin davamı olaraq Bakı-Gəncə, Tərtər-Kəlbəcər,Mingəçevir-İsmayıllı, Göyçay-Gəncə şəhərlərarası və Kuzunqışlaqkəndi - Qusar avtovağzalı, Əniq kəndi - Qusar avtovağzalı vəBağçakürd kəndi (Goranboy) - Gəncə (avtovağzal) istiqamətlərindəavtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyənedilib.

Trend xəbər verir ki, bubarədə AYNA məlumat yayıb.

Belə ki,

Bakı-Gəncə marşrutu üzrə hüquqi şəxs "Uğurlu Yol 2023" MMC;

Tərtər-Kəlbəcər marşrutu üzrə fiziki şəxs Əsədov SevdimalıHüseyn oğlu;

Mingəçevir-İsmayıllı marşrutu üzrə fiziki şəxs İsgəndərov NimanŞükür oğlu;

Göyçay-Gəncə üzrə fiziki şəxs Nəsirov Əhəd Oruc oğlu oğlu;

Kuzunqışlaq kəndi - Qusar avtovağzalı və Əniq kəndi - Qusaravtovağzalı marşrutları üzrə fiziki şəxs Məhərrəmov Urxan Urfanoğlu;

Bağçakürd kəndi (Goranboy) - Gəncə (avtovağzal) marşrutu üzrəfiziki şəxs Əsgərova Şəfa Məsud qızı qalib elan olunublar.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, NazirlərKabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilətəsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalqmarşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasınadair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğunolaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir.Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti,təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutlarıntəhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Məqalədə:
Избранный
59
11
az.trend.az

10Источники