RU

Bruno Fernandes bir aylıq sıradan çıxdı – ARENA.AZ

Futbol üzrə Portuqaliya yığma komandasının və İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Bruno Fernandes zədələnib.

Arena.az xəbər verir ki, Mançester təmsilçisinin kapitanı Premyer Liqanın 17-ci turu çərçivəsində qarşılaşdıqları “Aston Villa” ilə səfər matçında (1:2) sıradan çıxıb.

Bruno zədə səbəbindən bu matçın fasiləsində əvəzlənib. İlkin ehtimallar portuqaliyalı futbolçunun azı bir ay yaşıl meydanlardan uzaq qalacağını göstərir. “Mançester Yunayted” ilk dəfə Fernandesi belə uzun müddətə itirir.

31 yaşlı futbolçu 2020-ci ilin yanvarından formasını geyindiyi “Mançester Yunayted”də çox nadir hallarda zədələr səbəbindən sıradan çıxıb. Onun ən uzunmüddətli fasiləsi ötən ilin mayında baş verib. Belə ki, o, dizindən aldığı zədə səbəbindən mayın əvvəlindən ortalarınadək cəmi iki oyunu buraxmışdı.

Bruno Fernandes “Mançester Yunayted”ə 2020-ci ilin yanvar ayında 65 milyon avro məbləğ müqabilində Lissabon “Sportinq”indən tamhüquqlu əsasda keçib. Fernandesin İngiltərə nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Fernandes “qırmzı şeytanlar”ın heyətində 18 oyun keçirib, 5 qol vurub, 7 məhsuldar ötürmə verib.

Fernandesin “Mançester Yunayted” karyerası ümumilikdə 308 oyun, 103 qol və 93 məhsuldar ötürmədən ibarətdir.

Bruno Fernandes 2017-ci ilin noyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 85 oyuna çıxıb. Təcrübəli futbolçu bu oyunlarda 28 qol vurub, 24 məhsuldar ötürmə verib.

Bruno Fernandesin peşəkar karyerasındakı əsas uğurları da məhz “Mançester Yunayted”, “Sportinq” klubları və Portuqaliya yığması ilə bağlıdır.

“Transfermarkt” internet-portalı 31 yaşlı portuqal hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Избранный
33
35
arena.az

10Источники