RU

Bankların faiz siyasətində güzəşt imkanları varmı? - Hüquqşünas açıqladı

Müasir dövrdə vətəndaşların maliyyə öhdəliklərini yerinə yetirməsi cəmiyyətin iqtisadi stabilliyi üçün böyük önəm daşıyır. Bank kreditləri və digər maliyyə xidmətləri insanlar üçün gündəlik həyatda vacib olsa da, vətəndaşlar müxtəlif səbəblərdən ödənişlərini gecikdirə bilirlər. Bu vəziyyət həm bank, həm də borc götürən üçün hüquqi və iqtisadi məsələləri gündəmə gətirir. Belə vəziyyətlərdə faizlərin tutulması və mümkün güzəştlərin tətbiqi müzakirə mövzusu olur. Bəs, bankların hər-hansısa güzəşt etmək hüququ varmı? 

Mövzu ilə bağlı Missiya.Az-a danışan hüquqşunas Ramil Süleymanov bildirib ki, vətəndaş kredit müqaviləsi bağladığı zaman bank vətəndaşa qarşı heç bir əlavə öhdəlik götürmür:

"Yəni, kredit vətəndaşın müəyyən bir iş yerində işləməsi şərti ilə verilsə belə, bu, yalnız kreditin verilmə şərtlərindən biridir və vətəndaşın gələcək iş vəziyyətinə dair bankın hər hansı öhdəliyi yoxdur. Belə olan halda vətəndaş faktiki olaraq özünün ödəmə qabiliyyətinə təsir edən bir vəziyyət yaradır. Əgər işdən çıxması nəticəsində ödəmələrdə gecikmə və ya çatışmazlıq yaranarsa, bu, onun üçün qanuni olaraq üzrlü hal hesab olunmaya bilər. Bank isə vətəndaşın işdən çıxması ilə bağlı hər hansı faiz endirimi və ya digər güzəştlər etmək hüququna malikdir, lakin bunu etmək onun öhdəliyi deyil",-hüquqşünas qeyd edib.

Hüquqşunas əlavə edib ki, ümumilikdə, bank və vətəndaş arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyi üçün belə güzəştlər qanun və ya müqavilədə nəzərdə tutulmayıb.

Seyranə QuliyevaMissiya.Az

Избранный
30
missiya.az

1Источники