RU

TEC: “AK sədri Avropanı çökdürür”

ain.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AzVision.az xəbər verir ki, journalist Rafael Pinto Borhesin “The European Conservative (TEC)” nəşrində dərc olunan məqaləsində belə deyilir. “Aİ-nin son iclasındakı fiasko uzun, davamlı nümunənin kulminasiya nöqtəsidir: bu, mənəvi güc və emosional manipulyasiyanı hüquqi hakimiyyətlə qarışdıran komissiyanın şüarlarla dolu siyasi teatrıdır”, - Borhes yazıb. Jurnalist qeyd edir ki, AK sədri Ursula fon der Lyayenin liderlik üslubu təkəbbürlü, fərqli fikirlərə dözümsüz və yöndəmsizdir. Bu isə, belə şəraitdə hələ də müqavilələrə və yekdilliyə əsaslanan Aİ-də özünü doğrultmur. Onun fikrincə, Brüsseldə AK-nin göz yummağa üstünlük verdiyi institusional geriləmə yaşanır. - Fon der Lyayeni qınamaq və ya impiçment etmək üçün təkrarlanan cəhdlər heç bir sədrin gözardı edə bilməyəcəyi düşmənçilik səviyyəsini göstərir”, - Borhes vurğulayır. Onun iddiasına görə, AK özü ilə birlikdə Avropanı aşağı sürükləyən “Titanik” gəmisidir. “Məsələ yalnız fon der Lyayenin bir növ batan gəmini xatırladan “təzminat krediti”ndə deyil. Əsl “Titanik” AK-nin özüdür. Nə qədər ki, daha çox zərər verməyib, Avropa naminə qoy elə indi batsın”, - məqalə müəllifi bildirib. Sahil İsgəndərov

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
4
2
azvision.az

3Источники