RU

Dünyanın ən böyük AES i yenidən işə salınacaq

ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.

Britaniyanın "Reuters" xəbər agentliyi öz mənbələrinə istinadən məlumat yayıb ki, stansiyada bütün lazımi təhlükəsizlik yoxlamaları aparılıb, qoruyucu mexanizmlər təkmilləşdirilib. Beləliklə, AES-in yerləşdiyi Niiqata prefekturunun qubernatoru Hideyo Hanazumi stansiyanın yenidən işə salınmasına icazə verib. Onun sözlərinə görə, yeni təhlükəsizlik tədbirləri ən sərt standartlara cavab verir: "AES-in fəaliyyəti regionun davamlı inkişafı istiqamətində zəruridir. Hazırda "Tokyo Electric Power Company" şirkəti stansiyanın açılışı üçün hazırlığı başa çatdırmaq üzrədir". Xatırladaq ki, 2011-ci il martında Yaponiyada meydana gəlmiş güclü zəlzələ və sunami hadisəsi nəticəsində "Fukuşima-1" atom elektrik stansiyasında qəza baş vermiş, beləliklə, təhlükəsizlik tədbirləri çərçivəsində "Kaşivazaki-Kariva" AES-də də bütün əməliyyatlar dayandırılmışdı. Firudin Həmidli

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
6
1
azvision.az

2Источники