RU

“Yola çıxanda gördüm ki, canavar qadını tutub...” - VİDEO

“Bir də gördük ki, qadınların qışqırıq səsi gəldi. Tez durub səs gələn yerə qaçdıq. Gördüm ki, atam canavarı boğur”.

"Cebheinfo.az" xəbər verir ki, bunu dekabrın 20-si Şəkinin Bideyiz kəndində canavar hücumuna məruz qalan 5 nəfərdən biri - Fariz Lətifov “Baku TV”yə açıqlamasında bildirib.

“İstədim, mən də kömək edim. Əllərimdən yapışdı. Ayağım isə ilişdi, yerə yıxıldım. Həmin anda atam canavarın ayağından yapışdı, mən isə təpik vurdum, sonra qaçıb getdi”, - deyə o əlavə edib.

Digər xəsarət alan Gündüz Lətifov isə qeyd edib ki, yola çıxanda canavarın qadını qolundan tutduğunu görüb: “Mən gələn kimi xanımı buraxıb üstümə tullandı. Mən də onu havada tutub qolumun altına saldım. Qışqırdım ki, kömək edin. Əlimi yaraladı, həmin vaxt da oğlum gəldi. Onun da qollarını yaraladı. Camaat gəldikcə isə qorxub qaçdı”.

Daha ətraflı videomaterialda:

"Cebheinfo.az"

Избранный
13
5
cebheinfo.az

6Источники