RU

“Heydər Əliyev və Azərbaycan Konstitusiyası: Hüquqi dövlətin təməl prinsipləri” elmi-praktik konfrans layihəsinə start verilib

Yeniləşən Azərbaycan Gəncliyi İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Heydər Əliyev və Azərbaycan Konstitusiyası: Hüquqi dövlətin təməl prinsipləri” adlı elmi-praktik konfrans layihəsinə start verib.

Heftelik.az xəbər verir ki, layihə Bakı şəhərində keçirilir və konfrans mərhələsi 5 gün ərzində təşkil olunacaq. Tədbirdə əsas iştirakçılar universitet tələbələri və gənclərdən ibarət olacaq.

Ümumilikdə layihə 3 ay müddətində davam edəcək və bu dövr ərzində konfrans, müzakirələr və maarifləndirici fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Layihənin əsas məqsədi gənclər arasında Azərbaycan Konstitusiyasının mahiyyəti, hüquqi dövlətin təməl prinsipləri və Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin formalaşmasındakı rolu barədə biliklərin artırılması, gənclərin hüquqi düşüncə tərzinin və vətəndaş məsuliyyətinin inkişaf etdirilməsidir. Eyni zamanda layihə gənclərin elmi müzakirələrdə fəal iştirakını təşviq etməyi və onların hüquqi savadlılığının gücləndirilməsini hədəfləyir.

 

Избранный
83
heftelik.az

1Источники