RU

ABŞ daha bir Venesuela tankerini ələ keçirdi


ABŞ beynəlxalq sularda ikinci tankerin ələ keçirildiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu, ABŞ Prezidenti Donald Trampın Venesuelaya daxil olan və ya oradan çıxan bütün neft tankerlərinin “blokadasını” elan etməsindən bir neçə gün sonra baş verib.
ABŞ Daxili Təhlükəsizlik Katibi Kristi Noem sosial media hesabınbda gəminin ətrafında helikopterlərin dövrə vurduğunu göstərən video paylaşıb.
“ABŞ Sahil Mühafizəsi Müdafiə Nazirliyinin dəstəyi ilə Venesuelada sonuncu dəfə görülən bir neft tankerini ələ keçirdi. Amerika Birləşmiş Ştatları bölgədə narkoterrorizmi maliyyələşdirmək üçün istifadə edilən sanksiyalı neftin qanunsuz daşınmasına qarşı mübarizəni davam etdirəcək. Sizi tapıb dayandıracağıq”, - deyə Noem bildirib.
Избранный
26
yeniavaz.com

1Источники