RU

Umerov təsdiqlədi: ABŞ və avropalı rəsmilərlə görüş olacaq

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov avropalı tərəfdaşların Mayamidə planlaşdırılan danışıqlarda iştirak edəcəyini təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, Avropa və Ukrayna rəsmiləri ABŞ nümayəndə heyəti ilə görüşdən əvvəl ilkin məsləhətləşmələr aparıblar.

Umerov bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Andrey Qnatovla birlikdə Amerika tərəfi ilə növbəti məsləhətləşmələr raunduna başlayıblar. Onun sözlərinə əsasən, ABŞ tərəfinin dəvəti ilə bu formatda Avropa tərəfdaşları da iştirak edir.

“Avropalı həmkarlarımızla ilkin məsləhətləşmələr apardıq və Amerika tərəfi ilə növbəti danışıqlara hazırlaşırıq”, – deyə Umerov “Teleqram” kanalında yazıb.

O, danışıqların nəticələri barədə Ukrayna Prezidenti Volodimir Zelenskiyə məruzə edəcəyini də vurğulayıb.

Qeyd edək ki, Axios portalının müxbiri Barak Ravidin məlumatına görə, Mayamidə Ukrayna məsələsi üzrə keçiriləcək danışıqlarda Böyük Britaniya, Almaniya və Fransanın milli təhlükəsizlik üzrə müşavirləri iştirak edəcək. Onların Umerov və ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoff ilə görüşəcəyi gözlənilir.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
113
globalinfo.az

1Источники