RU

Manuel Noyer zədələndiyi üçün ilin son oyununu buraxacaq

Bakı, 15 dekabr, AZƏRTAC

Almaniyanın "Bavariya" komandasının qapıçısı Manuel Noyer zədələnib.

AZƏRTAC xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

O, Bundesliqanın XIV turunda "Maynts”la ( 2:2 ) keçirilmiş matçda budundan xəsarət alıb.

39 yaşlı qolkiper dekabrın 21-də "Haydenhaym"la baş tutacaq ilin son görüşünü buraxacaq.

Избранный
68
2
azertag.az

6Источники