Bakı, 15 dekabr, AZƏRTAC
Almaniyanın "Bavariya" komandasının qapıçısı Manuel Noyer zədələnib.
AZƏRTAC xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
O, Bundesliqanın XIV turunda "Maynts”la ( 2:2 ) keçirilmiş matçda budundan xəsarət alıb.
39 yaşlı qolkiper dekabrın 21-də "Haydenhaym"la baş tutacaq ilin son görüşünü buraxacaq.