RU

“Azarkeşləri məyus etdiyimiz üçün özümüzü yaxşı hiss etmirik”

“Turan Tovuz” Misli Premyer Liqasının 15-ci turunda doğma meydanda “Sabah2a 1:3 hesabı ilə məğlub olub.

İdmanxeber.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Bu gün müdafiədə buraxdığımız kobud səhvlərdən sonra “Sabah” qollar vurdu və qələbə qazandı. Bu səhvləri etməməli idik.

– Sizcə məğlubiyyətin əsas səbəbi nədir? Sizin taktiki səhvlərinizin olduğunu düşünürsüz?

– Desək ki, məşçi səhv etmir, doğru olmaz. İstənilən məşqçi səhv edir.  Birinci hissədə meydanda düzülüşümüz düzgün deyildi. Bunun nəticəsində “Sabah”ın istifadə edəcəyi boşluqlar çox oldu.

– Oyundan əvvəl rəqibi təhlil edirsiz?

– Əlbəttə. 

– Bu gün azarkeşlər sizin ünvanınıza “istefa” şüarları səsləndirdi. Bununla bağlı nə deyə bilərsiniz?

– Bu məsələləri bütün klublarda prezident həll edir. Azarkeşləri məyus etdiyimiz üçün özümüzü yaxşı hiss etmirik. Bu, utancvericidir.

– Bu gün “Turan Tovuz”un sərgilədiyi oyun idi?

– Xeyr.

Избранный
19
1
idmanxeber.az

3Источники