“Bu səhvləri etməməli idik”.

Offsideplus.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 15-ci turunda “Sabah”la matçdan sonra baş tutan mətbuat konfransında deyib.

Mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb:

“Müdafiədə buraxdığımız kobud səhvlərdən sonra "Sabah" qollar vurdu. Desək ki, məşçi səhv etmir, doğru olmaz. İstənilən məşqçi səhv edir. Birinci hissədə meydanda düzülüşümüz doğru deyildi. Bunun nəticəsində "Sabah"ın istifadə edəcəyi boşluqlar yarandı. Azarkeşləri məyus etdiyimiz üçün özümüzü yaxşı hiss etmirik. Bu, utancvericidir”.

 

Qeyd edək ki, “Sabah” Tovuz səfərində 3:1 hesablı qələbə qazanıb.