RU

Tiflis yenidən qarışdı: müxalifət fəallar saxlanılıb

ain.az, Ayna portalına istinadən məlumat verir.

Müxalifət etiraz aksiyası üçün toplaşır - Hakimiyyət isə bayram hazırlığındadır

Tiflisin mərkəzində ən azı üç müxalifət fəalı - Nene Qeblaya, Açi Qoçitaşvili və Nodar Çaçanidze saxlanılıb. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, müxaliflərin saxlanılma səbəbləri bəlli deyil.

Sosial mediada yayılan görüntülərdə təxminən on iki polisi əməkdaşının Qeblayanı polis mikroavtobusuna mindirdiyi görünür.

Fəalların bəzilərinin saxlanılmazdan əvvəl Gürcüstan Parlamentinin yaxınlığındakı müxalifətçi “Droa” Partiyasının ofisində olduqları bildirilir.

“Pirveli” TV-nin məlumatına görə, ora polis yerləşdirilib və bir neçə partiya üzvünün avtomobilləri axtarışa verilib.

“Droa” hadisəni ölkənin yüksək vəzifəli şəxslərinin qatıldığı paytaxtın əsas Yeni İl ağacının işıqlandırılması mərasimi ilə əlaqələndirir. Keçən il də oxşar tədbir genişmiqyaslı etirazlar səbəbindən pozulmuşdu.

Müxalifət fəalları Tiflis meri Kaxa Kaladzenin açdığı "Yeni İl kəndi"ndə etiraz aksiyası keçirməyi planlaşdırmadıqlarını bildiriblər. Eyni zamanda, onlar Baş nazir İrakli Kobaxidzenin Rusiya Prezidenti Vladimir Putinlə birlikdə "Sülh və etibar" forumunda iştirak etdiyi Türkmənistana səfərinə etiraz etmək üçün parlamentin qarşısında toplaşıblar.

Gürcüstanın beşinci Prezidenti Salome Zurabişvili vətəndaşları mitinqə qoşulmağa çağırıb. O Gürcüstanın "qırmızı xətt"ə yaxınlaşdığını, əgər bu xətt keçilərsə, "Rusiyanın köləsinə" çevriləcəyini bəyan edib.

"Biz susub reaksiya verməyə bilmərik... Hazırkı acınacaqlı vəziyyət budur və bu gün Rustaveliyə gedib Gürcüstanın Rusiya olmayacağını təkrarlamağımızın yeganə səbəbi budur", - Zurabişvili “Facebook”da canlı yayımda bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
21
ayna.az

1Источники