RU

NATO Ukrayna danışıqlarını pozur

ain.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Macarıstan xarici işlər naziri Peter Siyarto NATO-nun baş katibi Mark Rutteni Ukrayna danışıqlarını pozmağa cəhddə günahlandırıb və onu gərginliyi alovlandırmağı dayandırmağa çağırıb.Newscenter.az TASS-a istinadən bildirir ki, nazir Facebook sosial şəbəkə hesabında belə yazıb.Onun sözlərinə görə, NATO baş katibinin Berlindəki çıxışı bunu təsdiqlədi:"Biz, NATO üzvləri olaraq, Baş katibin sözlərini rədd edirik Avropa ölkələrinin təhlükəsizliyinə Ukrayna deyil, NATO-nun özü zəmanət verir. Təxribatçı açıqlamalar məsuliyyətsiz və təhlükəlidir. Mark Rutteni hərbi gərginliyi alovlandırmağı dayandırmağa çağırırıq", - deyə nazir bildirib.Qeyd edək ki, Almaniyada keçirilən forumda çıxış edən Rutte avropalıları ulu babalarının yaşadığı müharibəyə hazırlaşmağa çağırıb.O, həmçinin Ukraynanın təhlükəsizliyinin alyansın təhlükəsizliyi üçün vacib olduğunu bildirib.Cavid

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
4
1
newscenter.az

2Источники