Macarıstan xarici işlər naziri Peter Siyarto NATO-nun baş katibi Mark Rutteni Ukrayna danışıqlarını pozmağa cəhddə günahlandırıb və onu gərginliyi alovlandırmağı dayandırmağa çağırıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, nazir Facebook sosial şəbəkə hesabında belə yazıb.
Onun sözlərinə görə, NATO baş katibinin Berlindəki çıxışı bunu təsdiqlədi:
"Biz, NATO üzvləri olaraq, Baş katibin sözlərini rədd edirik Avropa ölkələrinin təhlükəsizliyinə Ukrayna deyil, NATO-nun özü zəmanət verir. Təxribatçı açıqlamalar məsuliyyətsiz və təhlükəlidir. Mark Rutteni hərbi gərginliyi alovlandırmağı dayandırmağa çağırırıq", - deyə nazir bildirib.
Qeyd edək ki, Almaniyada keçirilən forumda çıxış edən Rutte avropalıları ulu babalarının yaşadığı müharibəyə hazırlaşmağa çağırıb.
O, həmçinin Ukraynanın təhlükəsizliyinin alyansın təhlükəsizliyi üçün vacib olduğunu bildirib.
Cavid