RU

“Putinin və Lavrovun son açıqlamaları Rusiyanın Avropa iləqarşıdurmanın astanasında olduğunu göstərir”

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

“ABŞ-ın təqdim etdiyi 29 bəndlik planın 20 bəndə endirilməsi və davam edən görüşlər prosesin hələ uzun çəkəcəyinə işarə edir. Mən düşünürəm ki, bu məsələnin qısa zamanda yekunlaşması real görünmür”.

Gununsesi.info bildirib ki, bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev deyib:

 “Xüsusilə Britaniya, Almaniya və Fransa ABŞ–Rusiya planını qəbul etmir və öz mövqelərini qoruyurlar. Bu isə yaxın günlərdə sülhün əldə olunmasını xeyli qeyri-mümkün göstərir”.

Tural Gəncəliyev  əlavə edib ki, Tramp 25 dekabr – Milad bayramına qədər hərbi əməliyyatların heç olmasa müvəqqəti dayandırılması ilə bağlı bir razılığın əldə edilməsini istəyir:

“Bu addımla o, həmin razılaşmanı Amerika ictimaiyyətinə “bayram hədiyyəsi” kimi təqdim etməyə çalışır. Lakin ziddiyyətlərin dərinliyi nəzərə alınsa, mümkün olsa belə, bu ateşkəs yalnız müvəqqəti xarakter daşıya bilər. Putinin və Lavrovun son açıqlamaları isə Rusiyanın Avropa ilə genişmiqyaslı qarşıdurmanın astanasında olduğunu göstərir”.

Şəbnəm

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
55
icma.az

1Источники