RU

Premyer Liqada ötən ayın ən yaxşı futbolçusu bəlli olub

İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Ölkə.az Report-a istinadən xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Bu ada "Brentford"un futbolçusu İqor Tiaqo layiq görülüb.

Braziliyalı hücumçu ötən ay 4 matçda 5 qol vurub.

Qeyd edək ki, o, səsvermədə Harvi Barns ("Nyukasl"), Kirnan Dyusberi-Holl ("Everton"), Ceremi Doku ("Mançester Siti"), Brunu Fernandeş ("Mançester Yunayted"), Morqan Qibbs-Uayt ("Nottinqem Forest"), Ris Ceyms ("Çelsi") və Deklan Raysı ("Arsenal") geridə qoyub.

Избранный
65
3
olke.az

4Источники