İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Ölkə.az Report-a istinadən xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Bu ada "Brentford"un futbolçusu İqor Tiaqo layiq görülüb.
Braziliyalı hücumçu ötən ay 4 matçda 5 qol vurub.
Qeyd edək ki, o, səsvermədə Harvi Barns ("Nyukasl"), Kirnan Dyusberi-Holl ("Everton"), Ceremi Doku ("Mançester Siti"), Brunu Fernandeş ("Mançester Yunayted"), Morqan Qibbs-Uayt ("Nottinqem Forest"), Ris Ceyms ("Çelsi") və Deklan Raysı ("Arsenal") geridə qoyub.