ABŞ-də hava limanı mühafizəçisi təyyarələrin hərəkət etdiyi yolda avtomobillə sürətlə hərəkət etdikdən sonra xəstəxanaya düşüb.
Redaktor.az bu haqda "The Los Angeles Times"ə istinadla məlumat verir.
Hadisə Kaliforniya ştatındakı Con Ueyn hava limanında baş verib. Nəzarət-buraxılış məntəqəsinin mühafizəçisi avtomobilə minib və "Southwest" aviaşirkətinə məxsus təyyarənin uçuşa hazırlandığı yolda yüksək sürətlə hərəkət etməyə başlayıb. Onun ardınca patrul maşınları cəlb olunub. Bu vaxt dispetçer təyyarə heyətinə yerində qalmaq göstərişi verib.
“Təyyarələrin hərəkət etdiyi yolda yüksək sürətli təqib baş verdi”, - deyə dispetçer bildirib.
Rayonun polis əməkdaşları hüquq pozan şəxsi dayandıra biliblər və hadisə yerinə təcili yardım briqadası çağırıblar. İlkin tibbi baxış zamanı müəyyən edilib ki, mühafizəçi ola bilsin təcili tibbi vəziyyət keçirib. Bu səbəbdən o, xəstəxanaya yerləşdirilib.
Məhz bu tibbi problemə görə mühafizəçi “zərər çəkmiş şəxs” kimi qiymətləndirilib. Yəni, hadisə zamanı və ya ondan əvvəl özünü pis hiss etdiyi üçün hospitalizasiya olunub.
Hadisədən sonra o, vəzifəsindən kənarlaşdırılıb, hava limanı isə uçuş cədvəlinə uyğun fəaliyyətini davam etdirib.
Aytəkin TOFİQQIZI