RU

Pakistan keçmiş kəşfiyyat rəisini 14 il həbs cəzasına məhkum etdi

Ajans.az Associated Press-ə istinadən xəbər verir ki,Baş Sahə Məhkəməsinin 15 aylıq prosesi nəticəsində Həmid Pakistan Ordusu qanunlarına əsasən mühakimə olunub. Məhkəmə bildirib ki, Həmid dörd əsas ittiham üzrə – siyasi fəaliyyətlə məşğul olmaq, dövlətin təhlükəsizliyinə və maraqlarına xələl gətirən Rəsmi Sirrlər Qanununu pozmaq, hakimiyyətdən və dövlət resurslarından sui-istifadə etmək, həmçinin fərdi şəxslərə qanunsuz ziyan vurmaq – günahkar bilinib. Ordu açıqlayıb ki, məhkəmə prosesi “uzun və əziyyətli” olub və Həmidə müdafiə hüquqları tam şəkildə təmin edilib, o cümlədən seçdiyi vəkildən istifadə imkanı verilib. Həmid verdiyi hökmdən müvafiq məhkəməyə apelyasiya şikayəti vermək hüququna malikdir. Qeyd olunur ki, Həmid 2023-cü ildə həbs olunandan bəri rüşvətxorluq və digər ittihamlarla dəfələrlə cəza çəkən keçmiş baş nazir İmran Xanın yaxın müttəfiqi kimi tanınırdı.

 

Избранный
19
Ajans.az

1Источники