RU

Bayrama görə bu ailələrə birdəfəlik yardım edilə bilər

Bayram günləri yaxınlaşdıqca sosial vəziyyəti həssas olan ailələrin əlavə dəstək alıb-almayacağı mövzusu yenidən gündəmə gəlib. Xüsusilə bayram ərəfəsində aztəminatlı şəxslərə birdəfəlik yardım ayrılması ilə bağlı cəmiyyətdə gözləntilər olsa da, mövcud qaydaların buna imkan verib-vermədiyi sual doğurur.

Publika.az xəbər verir ki, bu barədə konkret.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, hazırda Azərbaycanda belə bir praktika mövcud deyil.

Ekspertin sözlərinə görə, sosial müavinət alan şəxslərə dövlət tərəfindən yalnız aylıq ödənişlər verilir və bu mexanizmin bayram günləri üçün ayrıca formada genişləndirilməsi planlaşdırılmır.

Избранный
18
8
publika.az

9Источники