RU

4 aylıq həsrəti sona çatacaq

Romelu Lukakunun futbol həsrəti tezliklə sona çatacaq.

"Football-plus.az" xəbər verir ki, “Napoli”nin belçikalı futbolçusunun zədəsi sağalıb. 4 ay yaşıl meydanlardan uzaq qalan təcrübəli hücumçunun komanda ilə məşqlərə qoşulduğu bildirilir. Məlumata görə, Lukakunun A seriyasının 15-ci turu çərçivəsində “Udineze” ilə keçiriləcək matçda meydana çıxması gözlənilir.

Avqust ayında zədələnən Lukaku cari mövsümdə rəsmi oyunda iştirak etməyib. 2024-cü ilin yayında kluba qoşulan forvard “Napoli”nin heyətində 38 matça çıxıb, 14 qolun və 11 məhsuldar ötürmənin müəllifi olub.

Избранный
15
1
football-plus.az

2Источники