RU

Rusiya “Euroclear” bankına qarşı iddia qaldırıb

Azvision saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, RMB-nin bəyanatında bu aktivlərin “birbaşa və ya dolayı yolla istifadəsi” üçün hər hansı mexanizmlərin qeyri-qanuni və beynəlxalq hüquqa, o cümlədən suveren toxunulmazlıq prinsiplərinə zidd olduğu deyilir. “BMT-yə üzv dövlətlərin ərazisində məhkəmə qərarlarının sonradan icrasına nail olmaq üçün bütün mövcud səlahiyyətli instansiyalarda aktivlərin razılaşdırılmamış istifadəsi ilə bağlı istənilən hərəkətlərə qeyd-şərtsiz etiraz edəcəyik”, - bəyanatda vurğulanır. RMB, eyni zamaanda, dondurulmuş Rusiya aktivlərinin əsas hissəsinin saxlandığı Belçikanın “Euroclear” bankına qarşı Moskva Arbitraj Məhkəməsində iddia qaldırdığını açıqlayıb. RMB Belçika bankını qanunsuz hərəkətlərdə günahlandırır və dəymiş ziyanın ödənilməsini tələb edir. İddianın məbləği və digər detallar açıqlanmır. Məlumatda qeyd olunur ki, “Euroclear” bankının hərəkətləri RMB-yə məxsus vəsaitlərin və qiymətli kağızların idarə olunmasına imkan verməyib. “Financial Times (FT)” nəşri, öz növbəsində, Böyük Britaniya banklarının bu ölkədə saxlanılan bəzi dondurulmuş Rusiya aktivlərinin istifadəsinə etiraz etdiklərini diqqətə çatdırıb. Səbəb kimi hökumətin Moskvanın mümkün cavab tədbirləri ilə bağlı təminatlarının olmaması göstərilir. - Bankların nümayəndələri aktivlərin Ukraynaya kredit üçün girov kimi istifadə ediləcəyi təqdirdə ciddi hüquqi risklərdən ehtiyatlanırlar. Böyük Britaniya yeni presedent yaradır, çünki bu cür tədbirlər indiyədək tətbiq olunmayıb və Rusiyanın onlara məhkəmədə etiraz edəcəyi gözlənilir”, - mənbələrə istinad edən qəzet yazır.

Belçika Aİ-ni məhkəmə ilə hədələyib

Böyük bankların müşavirlərdindən birinn sözlərinə görə, bu, mahiyyət etibarı ilə kredit deyil, əvəzsiz köçürmədir və defolt ehtimalı son dərəcə yüksək qiymətləndirilir. Banklar Rusiya ilə məhkəmə prosesinin baş verəcəyi tərzdə, dövlət dəstəyi ala bilməyəcəklərindən qorxurlar. Təxminən səkkiz milyard funt sterlinq (təxminən 9,3 milyard avro) dəyərində Rusiya aktivlərinin bir hissəsini saxlayan Böyük Britaniya banklarının dəqiq adları açıqlanmır - bu məlumat ciddi məxfi məlumat sayılır. Xatırladaq ki, Avropa Komissiyası (AK) Rusiyanın Avropa İttifaqında (Aİ) dondurulmuş aktivləri hesabına Ukraynaya “təzminat krediti”nin ayrılması və ya həmin pulların əbədi dondurulması barədə dekabrın 18-də keçiriləcək sammitdə qərar verməyi planlaşdırır. Məhz “Euroclear” bankının yerləşdiyi Belçikanın baş naziri Bart de Vever müəyyən şərtlərə əməl olunmadan Rusiya aktivlərinin bu və ya digər şəkildə müsadirə edilməsinə qəti etirazını bildirir. O, hətta AK-nin təkid göstərəcəyi halda Aİ-ni məhkəmyə verə biləcəyi ilə hədələyib. RMB-nin “Euroclear” bankına qarşı məhkəmə iddiası isə, böyük ehtimalla, artıq Rusiya aktivlərinin yerləşdirilməsindən götürülən gəlirlərin artıq Ukraynaya ötürülməsi ilə bağlıdır.

Belə ki, 2024-cü il noyabrın 1-dən 2025-ci il oktyabrın 31-dək Kiyev Qərbdən silah tədarükü istisna olmaqla 52 milyard dollar alıb ki, bunun da 22,9 milyard dolları Rusiyanın Qərbdə dondurulmuş aktivləri üzrə faizlərdir. Bu vəsait Avropa İttifaqı (Aİ) və G7 ölkələrinin “ERA” proqramı çərçivəsində Rusiya aktivlərinin faizləri hesabına ödənilməli olan ümumi 50 milyard dollarlıq yardımın bir hissəsidir. Bu proqram çərçivəsində Ukraynaya daha 20 milyard dolları ABŞ ayırmalı idi. Lakin Amerika lideri Donald Tramp Ukraynaya birbaşa maliyyələşdirməni dayandırıb. Sahil İsgəndərov

AzVision.az Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
16
1
azvision.az

2Источники