Cari ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 80802 doğulan körpə qeydə alınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,1-dən 9,5-ə düşmüşdür.