ain.az, Konkret.az portalına istinadən məlumat yayır.
Azərbaycanda ən çox əməkhaqqı verilən sahələr açıqlanıb.
KONKRET.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı illik müqayisədə 9,4 faiz artaraq 1086,3 manat təşkil edib.
Əməkhaqqı neft-qaz sektorunda 3835,2 manat, qeyri neft-qaz sektorunda 1035,4 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1059,2 manat, özəl müəssisələrdə isə 1112,8 manat olub.
Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində qeyri-dövlət sektorunda qeydə alınıb – ayda 4 278,2 manat, ən aşağı əməkhaqqı isə qeyri-dövlət sektorunda sosial təmin sahəsində qeydə alınıb – ayda 625,5 manat.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.