AZ

Ölkədə ən yüksək maaşı bu şəxslər alırmış

Azərbaycanda ən çox əməkhaqqı verilən sahələr açıqlanıb.Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı illik müqayisədə 9,4 faiz artaraq 1086,3 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3835,2 manat, qeyri neft-qaz sektorunda 1035,4 manat təşkil edib.Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1059,2 manat, özəl müəssisələrdə isə 1112,8 manat olub.

Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində qeyri-dövlət sektorunda qeydə alınıb - ayda 4 278,2 manat, ən aşağı əməkhaqqı isə qeyri-dövlət sektorunda sosial təmin sahəsində qeydə alınıb - ayda 625,5 manat.

Seçilən
18
2
metbuat.az

3Mənbələr