RU

“Qarabağ” dünya reytinqində gerilədi

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) dekabr ayı üçün yenilənmiş dünya klub reytinqini açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, siyahıda 502 komanda yer alıb. Onların sərasında Azərbaycanın 4 təmsilçisi də var - “Qarabağ”, “Sabah”, “Zirə” və “Araz-Naxçıvan”.

Ağdam klubu əvvəlki siyahı ilə müqayisədə 3 pillə geriləyərək 65-ci yerdən 68-ci sıraya düşüb. “Qarabağ”ın aktivində 187,5 xal var. 

Siyahıda ən ciddi irəliləyiş edən Azərbaycan klubu “Sabah” olub. Paytaxt təmsilçisi 276-cı yerdən 252-ci pilləyə yüksəlib (87,25 xal). 

“Zirə” də reytinqdə irəliləyib. “Qartallar” 387-ci pillədən 360-cı yerə qalxıblar (70,5 xal). 

“Araz-Naxçıvan” isə bu dəfə ciddi geriləmə ilə yadda qalıb. Naxçıvan təmsilçisi 390-cı sıradan 486-cı yerə düşüb (57,75 xal). 

Reytinqə Fransanın PSJ-si başçılıq edir (585 xal). İlk üçlüyü İspaniya “Real"ı (534) və İngiltərənin “Çelsi”si (483) tamamlayır.


Telegram kanalımız
Избранный
10
2
yenisabah.az

3Источники