AZ

"Qarabağ" dünya reytinqində gerilədi - "Sabah"dan sıçrayış

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) dekabr ayı üçün yenilənmiş dünya klub reytinqini açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, siyahıda 502 komanda yer alıb. Onların sırasında Azərbaycanın 4 təmsilçisi də var - “Qarabağ”, “Sabah”, “Zirə” və “Araz-Naxçıvan”.

Ağdam təmsilçisi əvvəlki siyahı ilə müqayisədə 3 pillə geriləyərək 65-ci yerdən 68-ci sıraya düşüb. “Qarabağ”ın aktivində 187,5 xal var.Siyahıda ən ciddi irəliləyiş edən Azərbaycan klubu “Sabah” olub. Paytaxt təmsilçisi 276-cı yerdən 252-ci pilləyə yüksəlib (87,25 xal).“Zirə” də reytinqdə irəliləyib. “Qartallar” 387-ci pillədən 360-cı yerə qalxıb (70,5 xal). “Araz-Naxçıvan” isə bu dəfə ciddi geriləmə ilə yadda qalıb. Naxçıvan təmsilçisi 390-cı sıradan 486-cı yerə düşüb (57,75 xal).

Reytinqə Fransanın PSJ-si başçılıq edir (585 xal). İlk üçlüyü İspaniya “Real"ı (534) və İngiltərənin “Çelsi”si (483) tamamlayır.

Seçilən
3
2
football-plus.az

3Mənbələr