RU

Qvardiola Real ı neçənci dəfə məğlub etdi?

ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Çempionlar Liqasında əsas mərhələnin 6-cı turunun mərkəzi oyunu Madriddə keçirildi. "Football-plus.az" xəbər verir ki, son illər yolları tez-tez kəsişən ''Real'' ilə ''Mançester Siti'' növbəti dəfə üz-üzə gəldi. Madrid nəhəngi çətin dönəmdən keçməsi azmış kimi bu oyunda zədə üzündən əsas qol silahı Kilian Mbappenin də xidmətindən istifadə edə bilmədi. ''Kral klubu'' Rodriqo ilə ilk yarının ortalarında hesabı açsa da, qonaqlar hələ fasiləyə qədər O'Rayli və Holannın qolları ilə önə keçdi. Bu hesab sona qədər dəyişmədi və ''Siti'' ''Bernabeu''nu 2:1 fəth edərək ötən mövsümkü məğlubiyyətin qisasını aldı. Mətbuatda bu matçdakı məğlubiyyətin baş məşqçi Xabi Alonsoya baha başa gələcəyi qeyd olunurdu. Amma hələlik istefa xəbəri yoxdu. Futbolçular da matçın ardından Alonsoya dəstək veriblər. La Liqada liderliyi ''Barselona''ya verən ''Real''ın son 8 rəsmi oyunda cəmi 2 qələbəsi var. Alonsonun başçılığı altında komanda indiyə qədər 28 oyundan 19 qələbə, 4 heç-heçə, 5 məğlubiyyətlə ayrılıb. Yeri gəlmişkən, Xosep Qvardiola baş məşqçi kimi ''Real''a qarşı keçirdiyi 28-ci rəsmi oyunda 14-cü qələbəyə sevindi (7 heç-heçə, 7 məğlubiyyət). O, futbol tarixində ''Real''ı ən çox məğlub edən məşqçilər siyahısında 3-cü pillədədi və bu göstəricidə yalnız Elenio Errera (22) və Luis Araqonesdən (16) geri qalır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
17
1
icma.az

2Источники