RU

“Ulu babalarımızın vuruşduğu bir miqyasdakı müharibəyə hazır olmalıyıq” Rutte

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

NATO-nun baş katibi Mark Rutte Berlində keçirilən Münhen Təhlükəsizlik Konfransında maraqlı açıqlamalar verib.

Rutte bu səbəbdən Avropa ölkələrinin müdafiə xərclərini və silah istehsalını sürətlə artırmalı olduğunu vurğulayıb:"Müharibə Avropanın qapısının ağzındadır. Biz ulu babalarımızın vuruşduğu bir miqyasdakı müharibəyə hazır olmalıyıq".

Rutte bildirib ki, NATO öz öhdəliklərini yerinə yetirərsə, bu vəziyyətin qarşısını almaq olar.

NATO rəhbəri xəbərdarlıq edib ki, Rusiya beş il ərzində NATO-ya qarşı hərbi güc tətbiq etməyə hazır ola bilər. Rutte iyun ayında NATO üzvlərinin müdafiə hədəfini 2035-ci ilə qədər ümumi daxili məhsullarının 5 faizinə çatdırmaq barədə razılığa gəldiyini, Avropanın öz müdafiəsində daha çox məsuliyyət daşımalı olduğunu qeyd edib.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
47
1
azpolitika.info

2Источники