Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen ABŞ prezidenti Donald Trampın "zəif" liderlərin rəhbərlik etdiyi "Avropanın tənəzzülü" ilə bağlı açıqlamalarına cavab verib.
Herbiand.az xəbər verir ki, Ursula fon der Leyen Brüsseldə Ağ Ev rəhbərinin “Politico”ya müsahibəsini şərh edərkən Trampın Avropa demokratiyasına müdaxilə etməməli olduğunu bildirib.
“Seçkilərə gəldikdə, kimin bir ölkəyə rəhbərlik edəcəyinə qərar vermək bizdən deyil, həmin ölkənin xalqından asılıdır... Bu, seçicilərin suveren hüququdur və qorunmalıdır".
Fon der Leyen əlavə edib ki, həmişə ABŞ prezidentləri ilə, o cümlədən indi də "çox yaxşı işgüzar münasibətlərə" malikdir.