RU

Yaponiyada güclü zəlzələ oldu

Şimali Yaponiyada, Aomori əyaləti sahillərində 6,7 bal gücündə zəlzələ baş verib.

"Cebheinfo.az" xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, episentri Aomori əyalətinin şərqində qeydə alınan 6,7 bal gücündə zəlzələ baş verib.

Təxminən 20 kilometr dərinlikdə baş verən zəlzələ nəticəsində ölkənin şimal və şimal-şərq bölgələri üçün sunami xəbərdarlığı elan edilib.

Xatırladaq ki, 8 dekabrda Yaponiyanın Aomori əyalətinin Misava bölgəsinin sahilində baş verən 7,5 bal zəlzələ nəticəsində əlli nəfər yaralanmışdı.

Yaponiya Meteorologiya Agentliyi (JMA) yaxın günlərdə oxşar və ya daha güclü təkrar zəlzələlərin baş verə biləcəyini xəbərdar etmişdi.

Избранный
22
cebheinfo.az

1Источники